Dağıdılan Qəzza ilə bağlı söz verdi - FİFA prezidenti

18:40 Dünya futbolu 177
Dağıdılan Qəzza ilə bağlı söz verdi - FİFA prezidenti

FİFA-nın prezidenti Canni İnfantino Fələstində futbol infrastrukturunun bərpasına dəstək verəcəyini açıqlayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə Misirdə keçirilən və Qəzza zolağında atəşkəslə bağlı razılaşmanın rəsmiləşdirildiyi sammitdə danışıb:

“FİFA üçün bu prosesin bir hissəsi olmaq çox vacibdir. Biz buradayıq ki, dəstək olaq, kömək göstərək və bu sülh prosesinin uğurla nəticələnməsinə əmin olaq.

Futbolun rolu insanları birləşdirmək, ümid vermək və həmrəyliyi gücləndirməkdir.

Biz Fələstin Futbol Assosiasiyası ilə birgə Qəzzadakı bütün futbol obyektlərini bərpa edəcəyik. Məqsədimiz futbola qayıdışı təmin etmək və uşaqlar üçün yeni imkanlar yaratmaqdır”.

İsrail qoşunları uzun zaman idi ki, Qəzzaya hücumlar edirdi və bölgədə böyük dağıntılar meydana gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
14 Oktyabr 23:20 "Bu, bizi məyus etdi"
14 Oktyabr 20:00 Mahir – qanadsız mələk