
İtaliyalı mütəxəssis Roberto Mançini məşqçilik üçün darıxdığını deyib.
Sportinfo.az “EuroFoot”-a istinadən xəbər verir ki, Mançini futbol ücün hər gün darıxdığını bildirib:
“Mən ehtiyat oyunçular oturacağı, texniki zona üçün çox darıxıram…
Hər gün meydança üçün darıxıram. Altı və ya yeddi ay meydandan uzaq olsaz belə, yenə də darıxırsız”.
Mançininin baş məşqçi kimi son iş yeri 2024-cü ilin oktyabrında tərk etdiyi Səudiyyə Ərəbistanı milli komandası olub.
O, həmçinin, İtaliya millisini, “İnter”, “Mançester Siti”, “Qalatasaray”, “Latsio” və “Fiorentina”nı da çalışdırıb.
60 yaşlı Mançini daha əvvəl etiraf etmişdi ki, İtaliya millisinin baş məşqçi postunu tərk edərək Səudiyyə Ərəbistanına getməsi səhv addım olub.