Millinin heyətində 50 qol həddinə ən tez çatan oyunçu oldu

00:10 Dünya futbolu 104
Millinin heyətində 50 qol həddinə ən tez çatan oyunçu oldu

Norveç millisinin ulduzu Erlinq Haaland yeni rekorda imza atıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, hücumçu yığmanın heyətində 50 qol həddinə ən tez çatan oyunçu olub.

Norveç millisi DÇ-2026-nın seçmə mərhələsində ötən gecə İsraili 5:0 hesabı ilə məğlub edib.

Haaland bu görüşdə iki dəfə penaltidən yararlana bilməyib. Hər ikisini rəqib qapıçısı Daniel Peres dəf edib. Ancaq daha sonra o, 3 qol vurub.

Bununla da Haalandın millidəki qol sayı 51-ə çatıb. O, 46 görüşdə bu saya çatıb.

Milli komandada 50 qol həddinə ən erkən çatan futbolçular

Erlinq Haaland (Norveç) — 46
Harri Keyn (İngiltərə) — 71
Kilian Mbappe (Fransa) — 90
Robert Levandovski (Polşa) — 90
Lionel Messi (Argentina) — 107
Kriştiano Ronaldo (Portuqaliya) — 114

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 03:00 "Sabah" dan ASAN UĞUR