UEFA dünya və Avropa çempionatları üçün seçim prosedurunu dəyişdirmək niyyətindədir

13 Oktyabr 2025 00:00 Dünya futbolu 549
UEFA dünya və Avropa çempionatları üçün seçim prosedurunu dəyişdirmək niyyətindədir

UEFA dünya və Avropa çempionatları üçün seçim prosedurunu dəyişdirmək niyyətindədir.

Sportinfo.az xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.

Məlumata görə, təşkilat oyunların yayım hüquqlarının satışından əldə edilən gəlirin azalmasından narazıdır və təsnifat turnirlərinin keçirilməsi formulunu dəyişməyə hazırdır.

Konkret olaraq, Millətlər Liqasından dünya çempionatı və ya Avropa çempionatının seçmə mərhələsinin bir hissəsi kimi istifadə edilməsi təklif olunur. İşçi qrup, həmçinin, vahid liqa cədvəli ilə İsveçrə modelinin tətbiqini müzakirə edir.

Ötən mövsümdən Avropa yarışlarında bu formatdan istifadə olunur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti