Tarixin ən yaxşı futbolçusu odur - Fransalı hücumçunun fikrincə

10:40 Dünya futbolu 245
Tarixin ən yaxşı futbolçusu odur - Fransalı hücumçunun fikrincə

“Atletiko”nun hücumçusu Antuan Qrizmann tarixin ən yaxşı futbolçusunu seçib.

Sportinfo.az xəbər verir ki, fransalı forvard internet fenomeni İbai Llanosun “TikTok” hesabında həmyerlisi Zinəddin Zidanı birinci sırada gördüyünü bildirib.

O, səkkiz dəfə “qızıl top”un sahibi olan Lionel Messini ikinci, Dieqo Maradonanı üçüncü yerə qoyub.

Qrizmanna görə, niderlandlı sabiq futbolçu Yohan Kroyff dördüncü, İngiltərə millisinin və “Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi Devid Bekhem isə beşincidir.

Zidan “Kan”, “Bordo”, “Yuventus” və “Real” kimi klublarda çıxış edib. O, Fransa millisində 108 oyun keçirib və 31 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti