Neymarla Messi yenidən komanda yoldaşı ola bilər

12 Oktyabr 2025 10:15 Dünya futbolu 640
Neymarla Messi yenidən komanda yoldaşı ola bilər

“Santos”un hücumçusu Neymar klubunu dəyişə bilər.

Sportinfo.az “Daily Mail“-ə istinadən xəbər verir ki, “İnter Mayami” braziliyalı futbolçunu heyətinə qatmaqda maraqlıdır.

Forvardın agentləri transferlə bağlı danışıqlara hazırdır.

33 yaşlı futbolçu 2025/2026 mövsümündə 21 matçda meydana çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun Braziliya klubu ilə hazırkı müqaviləsi dekabrın sonunda başa çatacaq.

“İnter Mayami”də Neymarın “Barselona”da birlikdə oynadığı Lionel Messi də forma geyinir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:30 Çək və bizə göndər!