
“Liverpul”un sabiq baş məşqçisi Yurgen Klopp 2030-cu il dünya çempionatında iştirakçıların sayının 64-ə çatdırılması ehtimalını şərh edib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis bu mövzuda nə desə, təsirinin eyni olacağını bildirib:
“Bu mövzuda nə desəm, eyni şeyi mikrodalğalı sobama da deyə bilərəm.
Təsiri eyni olacaq. İnsanlar deyəcəklər: “Amma siz çox qazanırsız!” Mən bunu anlayıram.
Və ya, klub rəhbərliyi deyəcək: “Bəli, futbolçular və məşqçilər həmişə daha çox pul istəyir, biz də onları təmin etməliyik”.
Onda niyə hamımız bir masa arxasında oturub futbolçulara demirik ki, siz ildə səkkiz həftə istirahət edə bilərsiz? Gəlin, bunu müzakirə edək. Cəhd edin!
Düşünürsüz ki, məşqçilər və futbolçular daha yaxşı şərait üçün az maaşa razı olacaqlar? Bilmirəm. Amma mənimlə danışsaydız, şübhəsiz ki, razılaşardım”.