“O, gələn il “qızıl top”a açıq-aşkar namizəd olacaq”

26 Sentyabr 2025 18:20 Dünya futbolu 2 900
“O, gələn il “qızıl top”a açıq-aşkar namizəd olacaq”

İngiltərəli sabiq hücumçu Alan Şirer “Barselona”nın vingeri Lamin Yamalın perspektivləri ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ispaniyalı futbolçunun gələn il “qızıl top”u qazanmaq üçün şanslarının yaranacağını deyib:

“Yamal və Osman Dembeleni yenidən izləmək maraqlı olacaq.

İspaniya və Fransa yığmaları, Argentina millisi kimi, çox güman ki, gələn yay dünya çempionatında irəli gedəcəklər və Yamal “qızıl top”a açıq-aşkar namizəd olacaq”.

18 yaşlı hücumçu “qızıl top”un səsverməsində “ilk beşliy”ə daxil olan Vitinyo, Məhəmməd Salah və Rafinyanı qabaqlayaraq, Osman Dembeledən sonra ikinci olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:30 Çək və bizə göndər!