Лaryerasını bitirdi, məşqçiliyə başlayacaq - Millinin sabiq yarımmüdafiəçisi

15 Avqust 15:20 Dünya futbolu 402
Лaryerasını bitirdi, məşqçiliyə başlayacaq - Millinin sabiq yarımmüdafiəçisi

Argentina millisinin sabiq yarımmüdafiəçisi Erik Lamela peşəkar futbolçu karyerasını başa vurub.

Sportinfo.az AS-a istinadən xəbər verir ki, 33 yaşlı futbolçu Yunanıstanın AEK klubundan ayrıldıqdan sonra “butslarını mıxdan asmaq” qərarı verib.

AEK-də ümumilikdə 31 oyun keçirən Lamela 6 qol vurub və 3 məhsuldar ötürmə verib.

O, bundan sonra məşqçiliyə başlayacaq və hazırda Matias Almeydanın rəhbərlik etdiyi “Sevilya”nın məşqçilər heyətinə qoşulacaq.

Lamela futbolçu karyerası ərzində “Roma”, “Tottenhem” və “River Pleyt” kimi klubların formasını geyinib. Argentina millisində isə 25 oyuna çıxaraq, 3 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu