“Superkuboka layiq deyildik, çoxlu səhvlərə yol verdik”

14 Avqust 2025 18:20 Dünya futbolu 489
“Superkuboka layiq deyildik, çoxlu səhvlərə yol verdik”

PSJ-nin müdafiəçisi Əşrəf Hakimi UEFA superkuboku matçında “Tottenhem” üzərində (2:2, penaltilər 4:3) qələbədən sonra açıqlama verib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, oyunda çoxlu səhvlərə yol verdiklərini deyib:

“Superkuboka layiq deyildik. Bu matçda öz oyunumuzla rəqibin futbolu arasındakı fərqi görə bildiz.

80 dəqiqə ərzində çoxlu səhvlərə yol verdik. Sonda bəxtimiz gətirdi ki, iki qol vurduq və hər şeyi penaltilər seriyasına apardıq.

Amma bu, futboldur. Azarkeşlərimizə xoş emosiyalar bəxş etdiyimiz üçün şadıq”.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"