Messi Ronaldinyonu geridə qoydu - Ccərimə zərbələrindən vurduğu qolların sayına görə

26 May 2025 10:20 Dünya futbolu 794
Messi Ronaldinyonu geridə qoydu - Ccərimə zərbələrindən vurduğu qolların sayına görə

“İnter Mayami"nin hücumçusu Lionel Messi cərimə zərbələrindən vurduğu qolların sayına (67) görə keçmiş komanda yoldaşı Ronaldinyonu (66) ötüb.

Sportinfo.az xəbər verir ki, 37 yaşlı argentinalı futbolçu bunu MLS-də “Filadelfiya” ilə matçda reallaşdırıb.

Argentina yığmasının üzvü 3:3 bitən matçda 87-ci dəqiqədə cərimə zərbəsindən fərqlənib.

Messi hazırda cərimə zərbələrindən vurulan qolların sayına görə Juninyo Pernambukano (77) və Peledən (70) geri qalır. Devid Bekhem (65) beşinci, Kriştianu Ronaldo (64) isə altıncıdır.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM