“Sənədlər yoxlanılıb, həkimlər yalan detektoru testindən keçib, izahat məktubları yazılıb”

01:30 Dünya futbolu 69
“Sənədlər yoxlanılıb, həkimlər yalan detektoru testindən keçib, izahat məktubları yazılıb”

Ukrayna Milli Olimpiya Komitəsinin tibb komissiyasının üzvü Vyaçeslav Popov “Çelsi”nin futbolçusu Mixail Mudrikin dopinq işi ilə bağlı araşdırmanın niyə bu qədər uzun sürdüyünə aydınlıq gətirib.

Ukrayna millisinin yarımmüdafiəçisi Mudrik dopinq testinin ilkin nəticələrində qadağan olunmuş maddə aşkarlandığı üçün futboldan uzaqlaşdırılıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Popov söhbətin meldonium maddəsindən getdiyini və bunun qan dövranında 3–3,5 ay qaldığını bildirib:

“Bu müddətdə əlavə yoxlamalar da aparıla bilər. İş çətin və çoxşaxəlidir. Ukrayna Futbol Federasiyasında məsul şəxslərin apteklərlə bağlı sənədləri yoxlanılıb, həkimlər yalan detektoru testindən keçib, izahat məktubları yazılıb. Hazırda istintaq davam edir.

Məsələ artıq hüquqi müstəviyə keçib. Bildiyimə görə, “Çelsi” məsul şəxsləri məhkəmə yolu ilə müəyyənləşdirməyə çalışacaq. Klub Mudrikə 100 milyon avro xərcləyib.

Bu hadisə ilə bağlı müəyyən maliyyə itkiləri olacaq və görünür ki, ingilislər bu “yük”ü bizim federasiyaya ötürmək niyyətindədir”.

Digər Xəbərlər
Xəbər Lenti
25 May 02:50 İki qolla uduzdular