
“Barselona”nın sabiq baş məşqçisi Xavi Ernandes karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirə bilər.
Sportinfo.az “Foot Mercato”-ya istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis yeni mövsümə qədər məşqçilər heyətini gücləndirmək niyyətində olan “Əl-Əhli”dən rəsmi təklif alıb.
Komandanı hazırda Matias Jaissle çalışdırsa da, klub cari çempionat başa çatdıqdan sonra məşqçini dəyişməyi ciddi şəkildə düşünür.
Asiya Çempionlar Liqasının qalibi olmasına baxmayaraq, ölkə çempionatında beşinci yer komandanın inkişafına aktiv sərmayə qoyan “Əl-Əhli”nin iddialarına uyğun gəlmir.
2024-cü ilin iyununda “Barselona”dan ayrılan Xavi o vaxtdan bəri işsizdir. Onun rəhbərliyi altında Kataloniya komandası La Liqa və İspaniya superkubokunun qalibi olub.