Argentina millisinin və “Aston Villa”nın qapıçısı Emiliano Martinez ilin ən yaxşı qapıçısına təqdim edilən Lev Yaşin mükafatının qalibi olub.
Sportinfo.az xəbər verir ki, sıralamada ikinci yeri Unai Simon (“Atletik”), üçüncü yeri isə Andrey Lunin (“Real”) tutub.
Argentinalı ötən il də bu mükafata layiq görülmüşdü.
Martinez Dünya Kubokunun seçmə mərhələsinin 8-ci turunda etdiyi hərəkətlə gündəmə gəlmişdi. Qolkiper Kolumbiya millisinə 1:2 hesablı məğlub olduqları matçda onu çəkən kameraya sillə vurmuşdu.