COP29

“Liverpul”un sabiq futbolçusu Uels yığmasının baş məşqçisi oldu

9 İyul 22:00 Dünya futbolu 475
“Liverpul”un sabiq futbolçusu Uels yığmasının baş məşqçisi oldu

Uels millisi ötən ay baş məşqçisiz qalmışdı. Rob Peyc Cəbəllütariqlə yoldaşlıq oyununda qolsuz heç-heçədən qısa müddət sonra qovulmuşdu.

Sportinfo.az xəbər verir ki, indi Uels Futbol Assosiasiyası Kreyq Bellaminin milli komandanın baş məşqçisi təyin olunduğunu elan edib.

“Liverpul”un keçmiş futbolçusunun müqaviləsi 2028-ci ilə qədər nəzərdə tutulub. 44 yaşlı Bellami son iki mövsümdə “Bernli”də çalışıb.

O, bu klubda Vensan Kompaninin məşqçilər heyətində yer almışdı.

Bellami Uels millisində 78 oyuna çıxıb, 18 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 22:41 "Qarabağ" "Ayaks"a uduzdu
24 Oktyabr 16:50 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 14:20 Mahirə arxalanmaq olarmı?