2025-2030-cu illərdə keçiriləcək beynəlxalq oyunlarn təqvimi – FİFA açıqladı

23 Mart 2023 17:00 Dünya futbolu 306
2025-2030-cu illərdə keçiriləcək beynəlxalq oyunlarn təqvimi – FİFA açıqladı

FIFA kişi futbolunda 2025-2030-cu illər arasında keçiriləcək beynəlxalq oyunların təqvimini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, qurum 2025-2030-cu illərdə milli komandaların oyunları mart, iyun, sentyabr-oktyabr və noyabr aylarında 9 gün olmaqla iki matç həftəsi şəklində keçiriləcəyini açıqalyıb.

2025-ci ildə oyunlar iki dəfə 9 günlük müddətdə sentyabr-oktyabr aylarında oynanılacaq. 2026-cı ildən etibarən isə 16 gün ərzində 4 matç həftəsi şəklində təqvimə daxil ediləcək.

Tarixdə ilk dəfə 48 komandanın iştirak edəcəyi DÇ-2026 -nın final matçı həmin il iyulun 19-da keçiriləcək. Bu mövsümdə klub oyunları 24 may 2026-cı ildə başa çatacaq.

Həmin müddət FIFA-nın razılığı ilə mayın 30-na qədər uzadıla bilər. Digər tərəfdən, 2025-ci ildən etibarən 32 komandanın iştirakı ilə 4 ildən bir keçiriləcək Klublararası Dünya Çempionatından əlavə, FIFA hər il daha bir klub yarışması təşkil edəcək.

Çempionlar Liqasını qazanan komanda ilə digər konfederasiya çempionları arasında keçiriləcək pley-off mərhələsinin qalibinin neytral meydanda qarşılaşacağı final matçı ilə sözügedən kubok öz sahibini tapacaq.

Turnirin formatı haqqında daha sonra ətraflı məlumat veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti