Türkiyə klubu Konfrans Liqasında “ölüm-qalım” oyununa çıxır – BU GÜN

16 Mart 2023 21:40 Dünya futbolu 384
Türkiyə klubu Konfrans Liqasında “ölüm-qalım” oyununa çıxır – BU GÜN

Bu gün Konfrans Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, ikinci oyun günündə daha yeddi qarşılaşma baş tutacaq.

Türkiyə təmsilçisi "Sivasspor" İtaliyadan "Fiorentina"nı qəbul edəcək.

"Vilyarreal" İspaniyada Belçikanın "Anderlext" klubunun müqavimətini qırmağa çalışacaq. İtaliya "Latsio"su Niderlandda "AZ Alkmaar" komandasının qonağı olacaq.

Konfrans Liqasında 1/4 finala ilk vəsiqəni Türkiyədə "Başakşehir"ə 4:1 hesabı ilə qalib gələn Belçika "Gent"i qazanıb.

16 mart

21:45. "Sivasspor" (Türkiyə) - "Fiorentina" (İtaliya)
İlk oyun - 0:1

21:45. "Yurqorden" (İsveç) - "Lex" (Polşa)
İlk oyun - 0:2

21:45. "Slovan" (Slovakiya) - "Bazel" (İsveçrə)
İlk oyun - 2:2

00:00. “Nitsa” (Fransa) - “Şerif” (Moldova)
İlk oyun - 1:0

00:00. “Vest Hem” (İngiltərə) - AEK (Larnaka, Kipr)
İlk oyun - 2:0

00:00. “Vilyarreal” (İspaniya) - “Anderlext” (Belçika)
İlk oyun - 1:1

00:00. "AZ Alkmaar" (Niderland) - "Latsio" (İtaliya)
İlk oyun - 2:1

Digər Xəbərlər
Xəbər Lenti