“Qızıl top” Messi ilə Ronaldonun mübarizəsidir”

16 Avqust 2022 01:30 Dünya futbolu 1 301
“Qızıl top” Messi ilə Ronaldonun mübarizəsidir”

PSJ-nin hücumçusu Kilian Mbappe “qızıl top”la bağlı fikirlərini açıqlayıb.

O, həmçinin Lionel Messi və Kriştiano Ronaldo arasındakı qarşıdurmanı izləməyi xoşladığını etiraf edib.

Sportinfo.az xəbər verir ki, “Ekip” nəşrinə açıqlamasında fransalı futbolçu bunları deyib:

“Qızıl top” böyük dünyaya bir biletdir. Bizim üçün “qızıl top” hər şeydən əvvəl Messi ilə Ronaldonun mübarizəsidir.

Yaddaşları vərəqləyəndə Ronaldinyonu xatırlamaq olar, lakin bu ikisi qarşıdurması ilə hamını kölgədə qoydu. Hər il hər kəs bu dəfə mükafatı kimin qazanacağı ilə maraqlanırdı. Bu, inanılmaz idi. Onları izləmək maraqlı idi”.

Mbappe iyulun 12-də “qızıl top”a namizədlərin siyahısına daxil olub. Mükafatın hazırkı sahibi builki mükafata namizədlər arasında olmayan Lionel Messidir.

Digər Xəbərlər
Xəbər Lenti
14 İyul 18:10 Çək və bizə göndər!
14 İyul 03:40 Avropa çempionu Bakıda