7 hücumçu seçdi - Xorvatiyanın AVRO-2020 üçün ilkin iştirak ərizəsi

31 May 2021 23:20 Dünya futbolu 1 010
7 hücumçu seçdi - Xorvatiyanın AVRO-2020 üçün ilkin iştirak ərizəsi

Xorvatiya millisinin AVRO-2020 üçün ilkin iştirak ərizəsi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Zlatko Daliç 26 nəfərdən ibarət heyəti açıqlayıb.

Onlardan 3-ü qapıçı, 9-u müdafiəçi, 7-si yarımmüdafiəçi, 7-si isə hücumçudur. Çalışdırıcı eyni zamanda 8 nəfərdən ibarət ehtiyat qüvvə də müəyyənləşdirib.

Qapıçılar: Lovre Kaliniç (“Hayduk”), Dominik Livakoviç (“Dinamo”, Zaqreb), Simon Sluqa (“Lyuton”);

Müdafiəçilər: Domaqoy Vida (“Beşiktaş”), Deyan Lovren (“Zenit”), Şime Vrsaliko (“Atletiko”), Borna Barişiç (“Reyncers”), Duje Kaleta-Kar (“Marsel”), Yosip Yuranoviç (“Legiya”), Domaqoy Bradariç (“Lill”), Mile Şkoriç (“Osiyek”), Yoşko Qvardiol (“Dinamo”, Zaqreb);

Yarımmüdafiəçilər: Luka Modriç (“Real”), Mateo Kovaçiç (“Çelsi”), Marselo Brozoviç (“İnter”), Milan Badeli (“Cenoa”), Mario Paşaliç (“Atalanta”), Nikola Vlaşiç (MOİK, Moskva), Luka İvanuşeç (“Dinamo”, Zaqreb);

Hücumçular: İvan Perişiç (“İnter”), Andrey Kramariç (“Hoffenhaym”), Ante Rebiç (“Milan”), Yosip Brekalo (“Volfsburq”), Bruno Petrkoviç, Mislav Orşiç (hər ikisi “Dinamo”, Zaqreb), Ante Budimir (“Osasuna”).

Ehtiyat oyunçular: Filip Uremoviç (“Rubin”), Marko Livaya (“Hayduk”), Toma Başiç (“Bordo”), Marin Ponqraçiç (“Volfsburq”), Kristian Lovriç (“Qoritsa”), Lovro Mayer (“Dinamo”, Zaqreb), İvitsa İvişiç (“Osiyek”), Nikola Moro (“Dinamo”, Moskva).

Xorvatiya millisi AVRO-2020-nin D qrupunda İngiltərə, Şotlandiya və Çexiya ilə mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"