Həbib yenə qalib gəldi və karyerasını bitirdi - VİDEOLAR

25 Oktyabr 2020 01:24 Digər növlər 1 236
Həbib yenə qalib gəldi və karyerasını bitirdi - VİDEOLAR

Rusiyalı MMA döyüşçüsü Həbib Nurməhəmmədov növbəti dəfə məğlubedilməz döyüşçü obrazını qoruyub saxlayıb.

Sportinfo.az xəbər verir ki, o, BƏƏ-nin paytaxtı Əbu Dabidə keçirilən UFC-254 turnirində yüngül çəkidə müvəqqəti çempion Castin Qeyciyə qalib gələrək çempionluq kəmərini yenidən ələ keçirib.

Nurməhəmmədov ikinci raundda amerikalı rəqibini boğucu fəndlə təslim olmağa məcbur edib.

O, daha sonra çıxış edərək anasına söz verdiyini, bu döyüşün onun üçün sonuncu olduğunu açıqlayıb. 32 yaşlı dağıstanlı idmançı UFC tarixində məğlubedilməz qalmaq istədiyini bildirib.

Həbib Nurməhəmmədov peşəkar MMA karyerasına 2008-ci ildə azərbaycanlı Vüsal Bayramovu məğlub etməklə başlayıb. O, keçirdiyi 29 döyüşdə məğlubiyyət almayan yeganə MMA idmançısıdır.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı