Bakıdakı risk altındadır

3 İyun 2020 11:34 Digər növlər 560
Bakıdakı risk altındadır

Dünən "Formula 1" üzrə dünya çempionatında ilk 8 Qran-prinin təqvimi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, mövsümün ilk iki Qran-prisi Avstriyada (3-5 iyul və 10-12 iyul) olacaq.

Daha sonra Macarıstan (17-19 iyul), Böyük Britaniya (31 iyul - 2 avqust, 7-9 avqust), İspaniya 14-16 avqust, Belçika (28-30 avqust), İtaliya (4-6 sentyabr) Qran-priləri baş tutacaq. Bütün yarışlar azarkeşsiz keçiriləcək.

"Formula 1"lə yanaşı, "Formula 2" və "Formula 3" yarışları da təşkil olunacaq. "Formula 1"də 2020 mövsümü koronavirus pandemiyası səbəbindən hələ başlamayıb.

Daha əvvəl "Formula 1" rəhbərliyi Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya, Monako, Niderland və Fransa mərhələləri isə ləğv olunub. Bakıdakı yarış 5 - 7 iyunda keçirilməli idi.

Azərbaycan Qran-prisi ilə bağlı hələlik məlumat yoxdur. Tam təqvimin qarşıdakı həftələrdə açıqlanacağı bildirilib. Avstriya hökuməti yarışla bağlı razılıq verib və start məhz bu ölkədə olacaq.

"Formula 1"in kommersiya hüquqlarına sahib olan "Liberty Media" və Beynəlxalq Avtomobil Federasiyası ən azı 15 - 18 yarışdan ibarət dünya çempionatı təşkil etməyi hədəfləyir.

Mövsümün sonrakı hissəsi koronavirus pandemiyasının inkişafı və Avropa xaricində sayahət məhdudiyyətləri əsasında qurulacaq. Sinqapurdakı yarış ləğv ediləcək.

Azərbaycan və Rusiya Qran-priləri risk altında olduğu üçün sentyabrın ortalarında İtaliyada ikinci yarış baş tuta bilər. Almaniya və Portuqaliya Qran-prilərinin də təqvimə əlavə olunma ehtimalı var.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da