Dünya ulduzu əri ilə məşq edib, həmkarlarına göz dağı verdi – VİDEO

12 May 2020 17:38 Digər növlər 623
Dünya ulduzu əri ilə məşq edib, həmkarlarına göz dağı verdi – VİDEO

38 yaşlı dünya ulduzu Britni Spirs həyatında çətin günləri geridə qoyub, eşq dolu həyatını İran əsilli fitnes məşqçisi və model, 28 yaşlı Sem Asqari ilə davam etdirir.

Məşhur müğənni bədən quruluşunu ideal formaya sahib olmaq üçün evdə idmanla məşğul olur.

Sportimfo.az xəbər verir ki, karantin günlərində dəbdəbəli villasında təcrid olunan pop ulduz sevgilisi ilə gərgin məşqlər edir.

Həmin anları telefonun yaddaşına həkk edib, “Instagram” hesabında izləyiciləri ilə bölüşən müğənni paylaşımına bu sözləri yazıb:

“Formada qaldığım üçün Sem Asqariyə minnətdaram! İnsanların evdə olduqları müddətdə formalarını qorumaq üçün Semin fitnes proqramına qoşulmalarından qürur duyuram. Birlikdə məşq edən cütlük birgə yaşayır”.

İzləyicilər Sem Asqarinin Britni Spirsin həyatını dəyişdiyini və cütlüyün xoşbəxt olduğunu qeyd ediblər.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı