Azərbaycan komandasının 15 üzvü ilə bağlı YENİ QƏRAR

30 Mart 2020 00:14 Digər növlər 583
Azərbaycan komandasının 15 üzvü ilə bağlı YENİ QƏRAR

Tokio-2020-yə lisenziya qazanmış idmançılar 2021-ci ilə təxirə salınmış Yay Olimpiya Oyunlarında təsnifat mərhələsi keçmədən iştirak edə bilərlər.

Sportinfo.az xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax açıqlama verib.

"Aydın məsələdir ki, Tokio olimpiadası üçün təsnifat mərhələsini keçmiş idmançılar lisenziyaları özlərində saxlayırlar. Bu, yarışın Tokio-2020 adı ilə qalmasından da görünür" deyə almaniyalı funksioner vurğulayıb.

Martın 24-də IOC koronavirus pandemiyası ilə əlaqədar Oyunların 2021-ci ilə təxirə salınmasına qərar verib. Hələlik olimpiadaya vəsiqələrin 57 faizi sahiblərini tapıb. Lisenziyalardan 15-ni Azərbaycan idmançıları qazanıblar. Tokio-2020-də 11 min idmançı iştirak edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda