Bakıda ilk dəfə dünya yaş qrupları yarışları təşkil olunacaq

27 Fevral 2020 09:00 Digər növlər 469
Bakıda ilk dəfə dünya yaş qrupları yarışları təşkil olunacaq

Mayda Azərbaycan Gimnastika Federasiyası (AGF) ilk dəfə olaraq aerobika gimnastikası üzrə dünya yaş qrupları yarışlarını təşkil edəcək.

Sportinfo.az AGF-yə istinadla xəbər verir ki, sayca 9-cu olacaq bu yarış mayın 8-10-da Milli Gimnastika Arenasında keçiriləcək.

Çempionatda 12-14 və 15-17 yaş qruplarında gimnastlar birincilik uğrunda mübarizə aparacaqlar. İlkin qeydiyyat siyahısına əsasən yarışda 35 ölkədən 735 idmançı iştirak edəcək.

Hər iki yaş qrupunda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup proqramları üzrə təsnifat və final mərhələlərində çıxış edəcəklər. Bununla yanaşı, 15-17 yaşlı idmançılar aero dans proqramında da öz qüvvələrini sınayacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"