Azərbaycan gimnastları komanda hesabında bürünc qazandı - Avropa çempionatında

23 May 2024 00:00 Digər növlər 428
Azərbaycan gimnastları komanda hesabında bürünc qazandı - Avropa çempionatında

Macarıstanın Budapeşt şəhərində keçirilən bədii gimnastika üzrə Avropa çempionatında milli komandamızın gənc fərdi gimnastları komanda hesabında bürünc medal qazanıblar.

Sportinfo.az xəbər verir ki, topla çıxışda İlahə Bahadirova (29,850) üçüncü, lentlə yarışda Şəms Ağahüseynova (29,000) dördüncü, halqa ilə Gövhər İbrahimova (30,050) altıncı, gürzlə çıxışda isə Fidan Qurbanlı (28,500) Avropa çempionatını yeddinci pillədə başa vuraraq, komanda hesabına bürünc medal qazandırıblar.

Qeyd edək ki, turnirə mayın 26-ı yekun vurulacaq.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda