Qurbanov: "Xankəndidəyik, bundan şərəfli nə var ki?!"

1 Mart 2024 07:50 Digər növlər 1 092
Qurbanov: "Xankəndidəyik, bundan şərəfli nə var ki?!"

"Bu gün Xankəndidəyik. Bundan gözəl, şərəfli nə var ki?!".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov Xankəndi - Bakı ultra marafonu barədə jurnalistlərə açıqlamasında deyib.

Qurum rəhbəri 30 illik həsrətə son qoyulduğunu bildirib:

"Bu ağrı-acını illərlə birlikdə yaşamışıq. Mən özüm Kəlbəcərdənəm, düz 30 il əvvəl oradan çıxmışdım.

Amma sonra Prezident İlham Əliyevin başçılığı altında Müzəffər Ordumuz torpaqlarımızı işğaldan azad etdi. Bu gün Xankəndidə tədbir keçiririk.

Mənim üçün dünyada bundan yaxşı heç nə ola bilməz. Hər bir azərbaycanlı üçün bu, əsl fəxarətdir. Gözümüz aydın olsun. "Qarabağ" Azərbaycandır!".

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM