Özündən 6 yaş böyük həmkarına “meydan oxuyub”: “Heç kim onunla döyüşmək istəmir“

27 Fevral 2024 02:40 Digər növlər 518
Özündən 6 yaş böyük həmkarına “meydan oxuyub”: “Heç kim onunla döyüşmək istəmir“

UFC döyüşçüsü Den Xuker Azərbaycan təmsilçisi Rafael Fiziyevlə qarşılaşmaq istəyir.

Sportinfo.az xəbər verir ki, bunu “Sky Sports”a açıqlamasında yeni zelandiyalı idmançı deyib.

34 yaşlı döyüşçü özündən 6 yaş böyük olan həmkarına “meydan oxuyub”:

“Heç kim Fiziyevlə döyüşmək istəmir. Amma mən ona qarşı çıxmağa hazıram.

Renato Moikano kimi başqa maraqlı iddiaçılar da var. Fiziyevlə döyüş maraqlı olar”.

Hazırda UFC yüngül çəki reytinqində Rafael Fiziyev 8-ci, Den Xuker isə 10-cu sıradadır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti