Azərbaycanlı qız beynəlxalq turnirdə gümüş və bürünc medal qazandı

26 Fevral 18:20 Digər növlər 192
Azərbaycanlı qız beynəlxalq turnirdə gümüş və bürünc medal qazandı

Azərbaycanın bədii gimnastı Sofiya Məmmədova Rumıniyanın Ployeşti şəhərində keçirilən 23-cü “İrina Deleanu Cup”da iki medal qazanıb.

Sportinfo.az xəbər verir ki, idmançı beynəlxalq turnirində topla gümüş, halqa ilə hərəkətlərin icrasında bürünc medala yiyələnib.

Yığmanın digər üzvü Nəzrin Abdullayeva isə gürzlərlə hərəkətlərin icrasında bürünc medal əldə edib.

Sofiya Məmmədova və Nəzrin Abdullayevanın da heyətində mübarizə apardığı gənclərdən ibarət Azərbaycan millisi “İrina Deleanu Cup”da komanda hesabında ikinci yeri tutub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!