Nazirlik federasiyalarla danışıqlar aparır - Qarabağda yarışlar keçirmək üçün

10 Fevral 08:40 Digər növlər 255
Nazirlik federasiyalarla danışıqlar aparır - Qarabağda yarışlar keçirmək üçün

Azərbaycan Gənclər və İdman Nazirliyi işğaldan azad olunmuş ərazilərdə yarışlar təşkil etmək üçün yerli federasiyalarla danışıqlar aparır.

Sportinfo.az xəbər verir ki, bunu Türkan qəsəbəsində idman zalının açılışından sonra nazir Fərid Qayıbov jurnalistlərə açıqlamasında deyib.

"İşğaldan azad olunmuş ərazilərdə indiyədək bir neçə yerli və beynəlxalq turnirlər keçirilib. Bu yarışların ənənəvi olacağına inanırıq. Hazırda federasiyalarla bununla bağlı danışıqlar gedir", - nazir bildirib.

F.Qayıbov Türkan idman zalı barədə fikirlərini də bölüşüb:

"Bu kompleks Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən inşa edilib.

Tikinti işlərinə bir neçə il öncə başlanılsa da, sonradan problem ortaya çıxdı. 2022-ci ilin sonunda işlər yenidən bərpa olundu.

İndi isə zalın açılışını edirik. Burada bir neçə idman növü fəaliyyət göstərəcək.

Bu zal qəsəbə sakinləri üçün idmanla məşğul olmaları baxımından yaxşı bir fürsətdir. Ümumiyyətlə, bu il Bakının qəsəbələrində daha 3 oxşar zalın açılışı nəzərdə tutulub".

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"