Rusiyalı Azərbaycan yığmasının başına gətirildi

28 Dekabr 2023 08:20 Digər növlər 1 022
Rusiyalı Azərbaycan yığmasının başına gətirildi

Ağırlıqqaldırma üzrə yığma komandaların məşqçilər heyətinin yeni tərkibi məlum olub.

Sportinfo.az xəbər verir ki, Azərbaycan Ağırlıqqaldırma Federasiyasının İdarə Heyətinin qərarına əsasən, rusiyalı mütəxəssis Maxtı Makkayev kişilərdən ibarət yığma komandaların baş məşqçisi təyin edilib.

O, uzun müddət Rusiya yığmasında çalışıb, ölkəsində ilin ən yaxşı məşqçisi seçilib.

Ukraynalı Denis Qotfrid onun köməkçisi funksiyasını yerinə yetirəcək. Asif Məmmədov böyüklər, Emil Əliyev gənclər, Oktay Muxtarov isə yeniyetmələr üzrə böyük məşqçi vəzifələrində çalışacaqlar.

Sərdar Həsənov isə qadınlardan ibarət komandanın baş məşqçisi olacaq. Onun köməkçisi Əfqan Bayramov olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM