"Ən pis mərhələ Bakıda idi, bundan razı qalmadım"

26 Dekabr 2023 02:00 Digər növlər 954
"Ən pis mərhələ Bakıda idi, bundan razı qalmadım"

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Red Bull" komandasının pilotu Maks Ferstappen 2023 mövsümündə öz çıxışı barədə fikirlərini bölüşüb.

Sportinfo.azxəbər verir ki, sürücü ən yaxşı və uğursuz hesab etdiyi Qran-pridən danışıb.

Təcrübəli idmançı Spa-Frankorşamda keçirilmiş Belçika Qran-prisində çox güclü həftəsonu keçirdiyini söyləyib.

O, Yaponiya da yaxşı çıxış etdiyini bildirib: "Ən pis mərhələ isə Bakıda idi. Hadisələrin axarı mənim üçün uğurlu deyildi. Bundan razı qalmadım".

Qeyd edək ki, 2023 mövsümündə çempion olan Ferstappen 22 mərhələnin 19-da qalib gəlib.

Aprelin 30-da baş tutan Azərbaycan Qran-prisində onun komanda yoldaşı Serxio Peres birinci yeri tutub. Ferstappen ikinci, "Ferrari"dən Şarl Lekler üçüncü yerlə kifayətlənib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM