Azərbaycan millisinə yeni legioner cəlb olundu

23 Dekabr 2023 07:40 Digər növlər 841
Azərbaycan millisinə yeni legioner cəlb olundu

Akademik avarçəkmə üzrə Azərbaycan millisinə yeni idmançı cəlb olunub.

Sportinfo.az xəbər verir ki, Murad Sadıqov yığmanın şərəfini qoruyacaq.

O, komanda daxilində əhvali-ruhiyyənin yüksək olduğunu bildirib:

“Gələcək yarışlar üçün maksimum güclə məşqlər keçirik. Bu bazada ilin bütün fəsillərində, hətta qışda da məşq keçmək mümkündür.

Hər şey yüksək səviyyədədir. Özümə nümunə götürdüyüm dünya səviyyəli avarçəkənlər var.

Onların məşqlərini mütəmadi olaraq izləyirəm. Qarşıdakı beynəlxalq yarışlarda uğur qazanmağa çalışacağam”.

Akademik avarçəkmə üzrə Azərbaycan millisinə ukraynalı mütəxəssis Vladimir Morozov baş məşqçi təyin olunub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM