70 yaşlı əcnəbi Azərbaycan millisinə baş məşqçi təyin edildi

23 Dekabr 2023 03:20 Digər növlər 14 488
70 yaşlı əcnəbi Azərbaycan millisinə baş məşqçi təyin edildi

Akademik avarçəkmə üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin edilib.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yığma ukraynalı Vladimir Morozova tapşırılıb. 70 yaşlı mütəxəssis Azərbaycana gəlməzdən əvvəl Ukrayna millisinə rəhbərlik edib.

Bazada yaradılan şəraitdən razılıq bildirən Morozov qısa müddətdə komandanın hazırlığından məmnun qalıb:

“Bu il bizim üçün çox vacibdir. Çünki yazda Yay Olimpiya Oyunlarına təsnifat yarışları olacaq.

Şəraitimiz möhtəşəmdir. Bazamız Avropanın ən yaxşılarındandır. Məşqlərimizin uğurlu keçməsinə mane olacaq heç nə yoxdur”.

Ukrayna idmançıları Vladimir Morozovun rəhbərliyi altında London-2012 Yay Olimpiya Oyunlarında 4 qızıl medal qazanıblar.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM