Azərbaycan gimnastları 7 medal qazandı- “Winter Stars”da

21 Dekabr 2023 10:00 Digər növlər 839
Azərbaycan gimnastları 7 medal qazandı- “Winter Stars”da

Azərbaycan gimnastları İngiltərənin paytaxtı Londonda keçirilən “Winter Stars” beynəlxalq turnirində 7 medal qazanıblar.

Sportinfo.az xəbər verir ki, “Ocaq Sport” klubunun üzvləri bədii gimnastika üzrə yarışda 6 qızıl, 1 gümüş mükafata yiyələniblər.

Nilay Quliyeva, Alsu Abdullayeva və Röya Alıkişiyeva topla, Evelin Yoşpa halqa ilə Maya Kozaçuk isə həm halqa, həm də gürzlərlə hərəkətdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Röya Alıkişiyeva gürzlərə hərəkətdə isə gümüş medal əldə edib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM