Federasiyanın prezidenti  və vitse-prezidenti dünya çempionu oldu - FOTOLAR

19 Dekabr 2023 22:00 Digər növlər 8 423
Federasiyanın prezidenti  və vitse-prezidenti dünya çempionu oldu - FOTOLAR

Rusiyanın paytaxtı Moskvada "WRPF" üzrə 9-cu dünya çemionatı keçirilib.

Sportinfo.az xəbər verir ki, dünyanın 29 ölkəsindən 4000-dən çox idmançı bu mötəbər yarışda iştirak edib.

Güc idman növləri üzrə keçirilən yarışda ölkəmizi başda federasiya prezidenti Bəxtiyar Quliyev olmaqla vitse-prezidentlər Raif Süleymanov, Namiq Cəfərov və komandamızın digər üzvləri təmsil edib.

Yarışda "Deadlift" hərəkəti üzrə 40-49 yaş kateqoriyasında Bəxtiyar Quliyev 290 kg çəkinin öhdəsindən gələrək qızıl medala layiq görülüb. Bəxtiyar Quliyev bu nəticə ilə karyerasında 9-cu dəfə dünya çempionu adını qazanıb.

Güc İdman Növləri üzrə keçirilən bu çempionatda ölkəmizi Azərbaycan Strongmen Federasiyası təmsil edir.

Vitse-prezident Raif Süleymanov da öz çəkisində müxtəlif hərəkətlər üzrə bütün rəqliblərinə qalib gələrək yarışı 3 qızll medalla başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM