Azərbaycan gimnastları Özbəkistandakı turnirdə çempion oldu

16 Dekabr 2023 15:20 Digər növlər 611
Azərbaycan gimnastları Özbəkistandakı turnirdə çempion oldu

Batur gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Özbəkistanın Daşkənd şəhərində keçirilən beynəlxalq turnirdə uğurlu çıxış ediblər.

Azərbaycan Gimnastika Federasiyasından Sportinfo.az-a verilən məlumata görə, sinxron proqramda Ayan Şabanova və Samirə Hüseynova qızıl medala sahib çıxıblar.

Fərhad Mustafayev və Ömər Qasımlı gümüş medalla kifayətləniblər.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM