Bakıda yoxa çıxan kubok qaytarıldı, indi də...

13 Dekabr 2023 08:50 Digər növlər 628
Bakıda yoxa çıxan kubok qaytarıldı, indi də...

Sportinfo.az xəbər verir ki, 2023-cü il mövsümünün sonunda Bakıda illik Formula 1 Qala mərasimi keçirilib və bu mərasimdə “Mercedes” komandasının britaniyalı pilotu Lyuis Hemilton çempionatda üçüncü yerə görə xatirə heykəlciyi ilə təltif edilib.

Daha sonra mərasimə qatılan fanatlardan birinə Hemiltonun mükafatı hədiyyə etməsi səbəbindən qalmaqal yaranıb və sonradan “Mercedes”in mətbuat xidməti bunu təkzib edib.

“Mototrsport”un köşə yazarı Conatan Noblenin sözlərinə görə , kubok Beynəlxalq Avtomobil Federasiyasının (FIA) nümayəndələri tərəfindən qəbul edilib və indi sahibinə göndərilmək üçün hazırlanır.

“Lyuis Hemiltonun üçüncü yer üçün aldığı kubokla bağlı maraqlı hekayə haqqında kiçik bir yeniləmə: o, indi yenidən FIA-nın əlindədir və “Mercedes”ə göndərildi”, – deyə Noble sosial mediada yazıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti