Onlardan biri Bakıda olub - VİDEO

13 Dekabr 2023 02:40 Digər növlər 648
Onlardan biri Bakıda olub - VİDEO

"Formula 1" 2023 mövsümündə ən yaxşı ötmə əməliyyatını müəyyənləşdirmək üçün səsverməyə başlayıb.

Sportinfo.az xəbər verir ki, 5 pilot namizədlər sırasında yer alıb.

"Aston Martin" pilotu Fernando Alonsonun 3, "Ferrari"dən Şarl Leklerin 2, "Red Bull"dan Serxio Peres, "Haas"dan Kevin Maqnussen, “McLaren” komandasından Lando Norrisin hərəyə 1 ötməsi siyahıda göstərilib.

Alonsonun Azərbaycan Qran-prisində "Ferrari"dən Karlos Saynsı keçməsi də namizədlərdən biridir.

Başa çatan mövsümdə "Red Bull"dan Maks Ferstappen qalib olub. Bakıdakı yarış aprelin 28-30-da gerçəkləşmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti