COP29

Azərbaycanlı “Halk” dünya çempionu oldu - FOTOLAR

25 Noyabr 2023 17:40 Digər növlər 431
Azərbaycanlı “Halk” dünya çempionu oldu - FOTOLAR

Məşhur həmyerlimiz Xəyal Canıyev muaytay üzrə superyarımorta çəkidə dünya çempionluğunu qazanıb.

O, Rusiyanın Çelyabinsk şəhərindəki “Yunost” idman sarayında keçirilən turnirdə ən nüfuzlu WMC versiyası üzrə dünya çempionu adı uğrunda döyüşdə Asiya çempionu olmuş iranlı Moctaba Taravatiyə qalib gəlib.

Beş raundun hamısında əla çıxış edən “Halk” ləqəbli idmançımızın ikinci raundda rəqibini nokdaun vəziyyətinə saldığını da qeyd edək.

Nəticədə hakimlərin yekdil qərarı ilə qələbə Xəyal Canıyevə verilib.

Üç illik fasilədən sonra muaytay yarışında çıxış edən azərbaycanlı döyüşçü yeni çempionluğunu belə şərh edib:

“Muaytay karyeramdakı fasilə hər halda özünü hiss etdirdi. Döyüşü vaxtından əvvəl başa vurub, tamaşaçıları gözəl qalibiyyət və nokautla sevindirmək istəyirdim. Amma belə qələbəyə də sevinirəm”.

Xəyal Canıyev bundan əvvəl MMA-də də ardıcıl 3 qələbə qazanıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"