COP29

Azərbaycan 9-cu yeri tutdu - Dünya Kubokunda

14 Noyabr 2023 00:00 Digər növlər 372
Azərbaycan 9-cu yeri tutdu - Dünya Kubokunda

Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Əlcəzairdə keçirilən Dünya Kubokunun mərhələ yarışında 9-cu yeri tutub.

Sportinfo.az xəbər verir ki, Anna Başta, Səbinə Kərimova, Palina Kaspiaroviç və Valeriya Bolşakovadan ibarət kollektiv komanda yarışında qüvvələrini sınayıblar.

Yaponiyaya 36:45 hesabı ilə məğlub olaraq ən güclü “8-liy”ə yüksəlmək şansını əldən verən sablyaçılarımız 9-cu yer uğrunda görüşlərdə Rumıniya (45:37), Çin (45:44) və Polşa (45:40) yığmalarına qalib gəliblər.

Sablyaçıların şəxsi yarışında yalnız Valeriya Bolşakova ən güclü “32-liy”ə yüksəlməyi bacarıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 22:41 "Qarabağ" "Ayaks"a uduzdu
24 Oktyabr 16:50 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 14:20 Mahirə arxalanmaq olarmı?