COP29

"Orada məşhurlaşmışam - Bir səhv hər şeyi həll etdi"

5 Noyabr 2023 09:25 Digər növlər 569
"Orada məşhurlaşmışam - Bir səhv hər şeyi həll etdi"

“Belə turnirlərin ölkəmizdə tez-tez keçirilməsini istəyirik”.

Sportinfo.az xəbər verir ki, bunu “Rizin” Döyüş Federasiyasının Bakıda təşkil etdiyi “Landmark 7” turnirində yaponiyalı Toji Takedaya qalib gələn Tofiq Musayev deyib.

O, yarışda əməyi olan hər kəsə təşəkkür edib:

“Rəqibimə də minnətdaram. Ona karyerasında uğurlar arzulayıram.

Yaponiya cəmiyyəti mənim üçün doğmadır. 2019-cu ildə orada məşhurlaşmışam”.

T.Musayev Vüqar Kərəmovun məğlubiyyətinə görə məyus olduğunu söyləyib:

“Onunla uşaqlıqdan birlikdəyik. Vüqarın günü deyildi. Üstünlüyü ələ almışdı. Amma bir səhv hər şeyi həll etdi. Vüqar yenidən o kəməri götürəcək”.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"