Azərbaycanlı Cəbəllüttariq boğazını üzərək keçdi - FOTO

11 Sentyabr 2023 08:40 Digər növlər 855
Azərbaycanlı Cəbəllüttariq boğazını üzərək keçdi - FOTO

Azərbaycan vətəndaşı Boris Nəcəfov sentyabrın 5-də Cəbəllüttariq boğazını üzərək keçib.

Sportinfo.az xəbər verir ki, idmançımız ümumilikdə 16,2 km məsafəni qət edib.

Həmyerlimiz bildirib ki, Cəbəllüttariq boğazında üzmə zamanı rəqiblər insanlar deyil, külək, dalğalar, soyuq su və Atlantik okeanından gələn güclü axındır:

“Burada üzmək üçün hava şəraitini gözləmək lazımdır”.

B.Nəcəfovun iştirak etdiyi üzmə missiyası Avropanın və İspaniyanın cənub nöqtəsindən - Tarifa şəhərindən başlayır və Afrikada - Mərakeşdə başa çatır.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?