COP29

Adil Əliyev Londona yollandı, Rafaelin döyüşünü izlədi, dediyi bu oldu

21 Mart 2023 02:40 Digər növlər 467
Adil Əliyev Londona yollandı, Rafaelin döyüşünü izlədi, dediyi bu oldu

Londonda keçirilən UFC döyüşlərində Rafael Fiziyev Azərbaycanı təmsil etdi.

Bu yarışda həmyerlimizi dəstəkləmək üçün Londondan və Azərbaycandan gələn həmyerlilərimiz salonun hər tərəfində üç rəngli şanlı bayrağımızı dalğalandırırdılar.

Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri, Azərbaycan Kikboksinq Federasiyasının (AKF) fəxri prezidenti Adil Əliyev və AKF prezidenti Orxan Əliyev, Britaniya Azərbaycanlıları Assosiasiyasının rəhbəri Hafiz Baxşəliyev "O2 Arena"da Rafael Fiziyevi dəstəkləyirdi.

Sportinfo.az xəbər verir ki, Milli Məclis sədrinin müavini Adil Əliyev turnirlə bağlı aşağıdakıları bildirib:

“Həmyerlimiz Rafael Fiziyevin UFC-286 (MMA) turnirində Castin Geyci ilə döyüşünü izləmək və dəstək olmaq üçün dəvət əsasında London şəhərindəyik.

Rafael Fiziyev yarışda ciddi səy göstərsə də, təəssüf ki, istədiyimiz nəticəni əldə edə bilmədi.

Hər bir halda idmançımızın belə bir mötəbər turnirdə iştirakı və göstərdiyi döyüş idmanımız üçün böyük uğurdur. Bütün azərbaycanlı idmançılara beynəlxalq yarışlarda qələbə arzu edirəm”.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"