Azərbaycanın millisinin kapitanı Türkiyədə dördüncü oldu

1 Avqust 2022 15:40 Digər növlər 368
Azərbaycanın millisinin kapitanı Türkiyədə dördüncü oldu

“Sakarya BB Pro Team” klubunun tərkibində çıxış edən Azərbaycanın şose velosipedi üzrə Elit yığma komandasının kapitanı Elçin Əsədov Türkiyədə Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı Yahyalı Qran Prisində iştirak edib.

Azərbaycan Velosiped Federasiyasının mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, Azərbaycan millisinin kapitanı 118 km məsafəni 2 saat 40 dəqiqə 51 saniyə nəticə ilə 4-cü sırada başa vurub.

Əsədov bu nəticə ilə həm şəxsi, həm də milli komandanın beynəlxalq reytinq hesabına daha 20 xal əlavə edib.

Yarışda 1-ci yerə Türkiyənin “Spor Toto” klubunun üzvü Aleksandr Prevar (2:40.36) layiq görülüb.

Yahyalı Qran Prisində 6 ölkədən 55 idmançı 10 komandada mübarizə aparıb.

Digər Xəbərlər
Xəbər Lenti