Avropa çempionu olan azərbaycanlı Anna - FOTOLAR

20 İyun 2022 01:30 Digər növlər 570
Avropa çempionu olan azərbaycanlı Anna - FOTOLAR

Türkiyənin Antalya şəhərində keçirilən qılıncoynatma üzrə Avropa çempionatında qadın sablyaçıların şəxsi yarışında mükafatçılar müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, qrup mərhələsini 5 qələbə ilə başa vuran Azərbaycan milli komandasının lideri Anna Başta uğurlu çıxışının davamını pley-offda da gətirib.

Pley-offda keçirdiyi ilk görüşdə Rumıniya təmsilçisi Sabina Martisi 15:8 hesabı ilə məğlub edən Anna, 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə digər təmsilçimiz Palina Kaspiaroviçə 15:14 hesabı ilə qalib gəlib.

1/4 finalda ukraynalı olimpiya çempionu Olqa Xarlanı mübarizədən kənarlaşdıran (15:14) qılıncoynadanımız yarımfinalda polşalı Suzanna Pieslara 15:6 hesabı qalıb gələrək, finala yüksəlib.

Həlledici görüşdə İtaliya sablyaçısı Rossella Qreqorioya 15:9 hesabı ilə qalib gələn Anna Başta Avropa çempionatının qızıl medalını qazanıb.

Digər təmsilçilərimizdən Səbinə Kərimova və Palina Kaspiaroviç Avropa çempionatının 1/8 finalında mübarizəni dayandırıb.

Valeriya Bolşakova isə 32-liyə yüksəlmək uğrunda keçirilən pley-off görüşündə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti