Mədət Quliyev yığma komandaların baş məşqçiləri ilə müzakirə apardı

23 Yanvar 2022 02:50 Digər növlər 723
Mədət Quliyev yığma komandaların baş məşqçiləri ilə müzakirə apardı

Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev müxtəlif növlər üzrə (şose, trek, dağ velosipedi və BMX) yığma komandaların baş məşqçiləri ilə görüşüb.

Sportinfo.az xəbər verir ki, toplantı Respublika Velotrekində baş tutub.

Görüş zamanı federasiya rəhbəri və baş məşqçilər velosiped idmanında yüksək nailiyyətlərin əldə olunması yollarını müzakirə ediblər.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 18:10 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM