"Mədət Quliyev əlindən gələni edəcək ki..."

27 Noyabr 2021 02:20 Digər növlər 495
"Mədət Quliyev əlindən gələni edəcək ki..."

"Hamınızı təbrik edirəm. Bu günü Azərbaycan velosiped günü adlandırardım. Federasiyada ciddi dəyişikliklər oldu".

Sportinfo.az xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) hesabat-seçki konfransından sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, artıq bu idman növündə daha böyük uğurlar üçün zəmin yaranıb: "AzVİF mükəmməl bazaya malikdir. Bu, təkcə küçədə velosiped sürmək deyil.

Velosiped idmanının bir neçə növü, hərəsinin öz idman qaydaları var. Olimpiya Oyunlarında idmançımız iştirak edib. Bunu fərəhlə deyə bilərik".

Ç.Hüseynzadə federasiyanın yeni prezidenti Mədət Quliyevi təbrik edib: "Mədət müəllimi xüsusilə təbrik edirəm. 1990-cı illərdən bir-burimizi tanıyırıq.

Məhz idmana görə tanış olmuşuq. O da əlindən gələni edəcək ki, velosiped idmanı inkişaf etsin. Hamıya məlumdur ki, Mədət müəllim bu növü çox sevir".

MOK rəsmisi eyni zamanda Sahib Ələkbərovu I vitse-prezident seçilməsi münasibətilə təbrik edib və federasiyanın İdarə Heyətinə uğurlar arzulayıb:

"Sizin sayənizdə velosiped təkcə idman növü yox, həm də nəqliyyat vasitəsi olacaq".

Digər Xəbərlər
Xəbər Lenti