Sadıq Sadıqov “Neftçi”nin yetirməsi ilə görüşdü və... FOTO

30 İyun 2021 23:40 Digər növlər 1 188
Sadıq Sadıqov “Neftçi”nin yetirməsi ilə görüşdü və... FOTO

WAKO-PRO versiyası üzrə açıq Özbəkistan turniri keçirilib.

Sportinfo.az xəbər verir ki, yarışda "Neftçi İdman Klubu”nun yetirməsi - Avropa çempionu, dünya kubokunun qalibi, dünya çempionatının mükafatçısı Ruslan Musayev (67 kq) uğurla çıxış edib.

Mötəbər turnirdə böyük əzmkarlıq nümayiş etdirən kikboksçumuz inamla mübarizə apararaq yerli idmançı Azizbek Nematov üzərində nokautla qələbə qazanıb və yarışın qızıl medalına sahib olub.

Ruslan Musayev indiyədək keçirdiyi 13 peşəkar döyüşün 11-dən qalib ayrılıb.

"Neftçi İdman Klubu”nun idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov bu qələbə münasibətilə kikboksçumuzu qəbul edərək təbrik edib və ona gələcək yarışlarda uğurlar diləyib.

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!
30 İyun 00:00 Avropa çempionu oldular