"Mən bu sözü işlətmək istəməzdim" - 2024-cü ildə keçirilməsi təklif edildi

22 Yanvar 2021 23:40 Digər növlər 1 069
"Mən bu sözü işlətmək istəməzdim" -  2024-cü ildə keçirilməsi təklif edildi

Yaponiyanın Osaka prefekturasının qubernatoru Yosimura Hirofumi Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının növbəti dəfə təxirə salınmasının mümkünlüyünü söyləyib.

Sportinfo.az xəbər verir ki, Hirofumi "Kyodo" agentliyinə açıqlamasında olimpiadanın 2024-cü ildə keçirilə biləcəyini bildirib.

"Olimpiadanın ləğv edilməsi sözünü işlətmək istəməzdim. Amma mümkün təxirəsalınma real görünür", - deyə Hirofumi vurğulayıb.

"Tokio-2020" bu il 23 iyul - 8 avqusta təxirə salınıb.

Digər Xəbərlər
Xəbər Lenti
3 Oktyabr 18:10 Çək və bizə göndər!
3 Oktyabr 02:50 O qol da Namiqin oldu