"Məğlubiyyətə yorgunluq səbəb oldu" - dünya üçüncüsü

31 Avqust 2019 11:59 Cüdo 645
"Məğlubiyyətə yorgunluq səbəb oldu" - dünya üçüncüsü

Cüdo üzrə milli komandamızın idmançısı, Tokioda davam edən dünya çempionatında bürünc medal qazanan Hidayət Heydərov Sportinfo.az-a müsahibə verib.


- Ümumi olaraq, öz çıxışını necə dəyərləndirirsən?

- Əslində finala çıxmağı gözləyirdim. Neyləyək, buna da şükür olsun. İki azərbaycanlıdan biri finala çıxmalı idi. Bu da Rüstəm oldu.

- İdmançılarımızda fiziki çatışmazlıqlar, zəiflik hiss olunurdu. Bunu nə ilə izah edə bilərsən?

- Hər şey normal idi. Çox toplanış keçmişdik, yarışlarımız da olmuşdu. Tokioda ab-hava başqadır, Bakı ilə 5 saatlıq fərq var. Ola bilsin ki, onun da təsiri oldu, yorğunluq hiss edildi. İki medal qazanmışıq. Azərbaycanda da iki medal qazanmışdıq, gəldik, cüdonun vətənində də iki medal aldıq. Buna da şükür. Medallarımızın sayını artırmaq imkanımız da var.

- Həm Məmmədəli Mehdiyev, həm də Elmar Qasımov görüşlərin sonunda çox halsız görünürdülər...

- Bəzi idmançılar yerli mühiyə uyğunlaşıb, bəziləri uyğunlaşmaya da bilər. Bəli, həmin uşaqlar yoruldular deyə uduzdular. Yorulmasaydılar, bəlkə də qələbə qazanacaqdılar. Ab-havaya görə də ola bilər.

Elvin

Digər Xəbərlər
Xəbər Lenti